Ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 milyard 238 milyon 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.
Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya qaz boru kəməri layihəsi yenidən - BƏRPA OLUNA BİLƏRMİ?
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ildə sözügedən göstərici 1 milyard 197 milyon 649,8 min manat səviyyəsində olub.
Qeyd edək ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur.
Ötən il nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 milyon749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5 milyon 103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib. (Apa)