Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 297,5 mln. manat həcmində vəsait yönəldilib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 1,9% artıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.