Azərbaycandan bu ilin yanvar ayında Yunanıstana 24 min 427 ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yunanıstana ixrac edilmiş neftin dəyəri isə 11,6 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 70 min ton (3,9 dəfə), dəyərində isə 41 milyon dollar (4,5 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Yunanıstana 52,6 milyon dollar dəyərində 94,4 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Yunanıstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 805 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 142 manat (15,0%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 947 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Yunanıstan 2026-cı ildə 11-ci, 2025-ci ildə isə 8-ci yerdə olub.










