2023-cü ilin iyul ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barrel olub.
“S&P”: Azərbaycan iyulda OPEC+ kvotasından 184 min barel - GERİ QALIB
FED.az xəbər verir ki, Energetika Nazirliyinin yaydığı məlumata görə, bunun 499 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.