2024-cü ilin yekunlarına əsasən, Azərbaycanın şəhər və rayonları üzrə əhali tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Siyahının son pillələrində əsasən işğaldan azad edilmiş və məskunlaşmanın yeni başladığı ərazilər qərarlaşıb.
Ən az elektrik enerjisi istehlakı Kəlbəcər və Cəbrayıl rayonlarında qeydə alınıb – hər birində cəmi 0,2 milyon kVt·st.
Onlardan bir qədər yuxarıda Qubadlı (0,3 milyon kVt·st), Zəngilan (0,6 milyon kVt·st), Xocavənd (0,8 milyon kVt·st) və Laçın (1,2 milyon kVt·st) rayonları yer alıb.
Həmçinin, Şuşa rayonu (2,9 milyon kVt·st), Daşkəsən rayonu və Naftalan şəhərinin hər biri (4,3 milyon kVt·st) və Xankəndi şəhərində (4,9 milyon kVt·st) də istehlak həcmi 5 milyon kVt·st-dan az olub.