Bu ilin ilk 2 ayında Azərbaycandan 3 milyon 923 min dollar dəyərində 72 milyon 208 min kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 452 min dollar və ya 76% (4,2 dəfə), miqdar ifadəsilə isə 223 milyon 978 min kVt/saat, başqa sözlə 75,6% (4,1 dəfə) azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 16 milyon 376 min dollar dəyərində 296 milyon 187 min kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin nəticələrinə görə enerjinin 1 kVt/saatının orta ixrac qiyməti 0,054 dollar (9,2 qəpik) təşkil edib. 2025-ci ildə isə bu rəqəm 0,055 dollar (9,4 qəpik) idi. Bu da illik müqayisədə 0,001 dollar (0,2 qəpik) və ya 1,8% ucuzlaşma deməkdir.











