Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Eləcə də bax: Pərviz Şahbazov: "Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq"
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır”, - paylaşımda bildirilir. (Apa)