İtaliyanın Rusiya qazından asılılığı «praktiki olaraq sıfıra enib». Qaz anbarlarını 90% dolduran ölkə elan edib ki, «rahat qış»a hazırdır.
Aİ ölkələri Azərbaycandan qaz idxalını - 9%-Ə QƏDƏR ARTIRIB
FED.az xəbər verir ki, İtaliyanın Ətraf Mühit və Energetika naziri Gilberto Pichetto-Fratin bildirib ki, Rusiyadan qaz tədarükündən “faktiki olaraq sıfır asılılıq” var.
"Gələn qışa keçən ilə nisbətən daha rahat baxa bilərik. Buna İtaliya hökumətinin həyata keçirdiyi diversifikasiya siyasəti böyük dəstək verdi. Keçən ilə qədər boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazı ümumi qazın təxminən 40%-ni təşkil edirdi. Bu gün isə İtaliya demək olar ki, sıfır asılılıqdan danışmaq olar”, nazir bildirib.
Nazir qeyd edib ki, İtaliyanın qaz anbarlarının doluluğu “bu il artıq 90%-i keçib”. "Bu mərhələyə 2022-ci ildən iki ay tez çatmışıq». İtaliyada qaz anbarlarının ümumi tutumu təxminən 17 milyard kubmetrdir.
Bundan əvvəl İtaliya hökuməti 2024-cü ilin ortalarına qədər Rusiya qazını mərhələli şəkildə dayandırmağı qarşısına məqsəd qoymuşdu. Ukrayna böhranından əvvəl ölkə bu resursa ümumi tələbatının demək olar ki, 40%-ni Rusiyadan gələn qazla ödəyirdi ki, bu qazdan İtaliyada təkcə istilik üçün deyil, həm də elektrik enerjisi istehsalı üçün fəal istifadə olunur.