Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin birinci yarısında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% - 241,875 min teracoula qədər artırıb.
7 ayda Azərbaycanın qaz ixracından gəlirləri - 8,7% ARTIB
FED.az xəbər verir ki, Aİ-nin Statistika İdarəsindən (Avrostat) verilən məlumata görə, hesabat dövründə Aİ ölkələri Azərbaycandan 3,512 milyard avro dəyərində (azalma 37,9%) qaz idxal edib.
İyunda Aİ ölkələri Azərbaycandan qaz idxalını 0,1% - 40,154 min teracoula qədər azaldıb və bu məqsədlər üçün 348,24 milyon avro (azalma 64,2%) yönəldib.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. (İnterfaks-Azərbaycan)