Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi idxalına başlamağı planlaşdırır.
FED,az xəbər verir ki, bu barədə Serbiyanın hasilat sənayesi və energetika naziri Dubravka Cedoviç bildirib.
Azərbaycan neft və qazdan sonra yeni layihəyə başlayır – 2 AVROPA ÖLKƏSİNƏ ENERJİ İXRAC EDİLƏCƏK
«Əgər bütün hazırlıqlar yerinə yetirilsə, Serbiya 2023-cü ilin əvvəlindən başlayaraq Azərbaycandan elektrik enerjisinin idxalına başlayacaq»-deyə nazir bildirib.
Cedoviçin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstandan keçməklə Serbiyaya ötürülməsi ilə bağlı danılıqlar aparılır.
Xatırladaq ki, Serbiya, Avropadakı enerji böhranı fonunda oktyabr ayında qənaət nəticəsində ölkədə enerjidən istifadəni 11% azalda bilib.
Xatırladaq ki, Serbiyanın Azərbaycandan elektrik enerjisi alması məsələsi bu ilin avqustunda müzakirə edilməyə başlayıb. Avqustun 21-də iki ölkə prezidentləri İlham Əliyev və Aleksandr Vuçiçin telefon danışığından sonra Serbiya prezidenti bildirmişdi ki, Belqrad Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcək.
Sonradan Vuçiç Türkiyə tərəfinə müraciət edərək Azərbaycandan ildə 2 QV saat həcmində enerjinin alınması üçün kömək istəmişdi.
Xatırladaq ki, Azərbaycan enerji ixracını artırmaq niyyətindədir. 2021-ci ildə ölkə xaricə 1,6 QVtsaat enerji ixrac edib. Təkcə bu ilin yanvar-avqustunda isə ixrac 1,4 QVt saatı keçib.