Yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2% artıb, bu da illik müqayisədə 17,4% çoxdur.
Eləcə də bax: Azərbaycanın qaz gəlirləri 2,6 dəfə artıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Paylaşımda qeyd olunur ki, hesabat dövründə Avropaya 9,3 mlrd. kubmetr, Türkiyəyə 6,9 mlrd. kubmetr, Gürcüstana isə 2 mlrd. kubmetr qaz ixrac olunub.