«Ekol Mühəndislik Xidmətləri» QSC-nin 2021-ci ilin yekunlarına görə illik hesabatını açıqlayıb.
Eləcə də bax: “Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar - KƏSKİN ARTACAQ - CƏDVƏL
FED.az xəbər verir ki, şirkət neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası, landşaftın bərpası, yaşıllıqların salınması və s. aqrotexniki xidmətlərin göstərilməsi, sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı (zərərsizləşdirilməsi), ərsin parafininin sudan və mexaniki qarışıqlardan təmizlənməsi, kompleks ekoloji monitorinqin aparılması və laborator xidmətlərin göstərilməsi, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması, təmizlik, dezinfeksiya, deratizasiya və dezinseksiya xidmətlərinin (işlərinin) yerinə yetirilməsi kimi xidmətlər göstərir və «Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi» və «Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması (3-cü sinif təhlükəli yüklər)» haqqında lisenziyalara malikdir.
2021-ci ilin sonuna şirkətin işçilərini sayı 667 nəfər olub, ötən il 77 nəfər işə qəbul edilib, 26 nəfərişdən çıxarılıb.
«Ekol Mühəndislik Xidmətləri» QSC-nin 2 təsisçisi var - SOCAR və «Lancer Services S.A» Şirkəti.
Şirkətdə SOCAR-ın payı 51%-dir - 6923 səhm və 2 milyon 077 min manat. «Lancer Services S.A» Şirkəti isə 49% paya malikdir – 6651 səhm və 1 995 manat.
2021-ci ilin nəticələrinə görə, «Ekol Mühəndislik Xidmətləri» QSC səhmdarlarına ümumilikdə 611,1 min manat dividend ödəyəcək. 10% verg çıxıldıqdan sonra SOCAR-a (51%) – 280,5 min manat, «Lancer Services S.A.» şirkətinə (49%) isə 269,5 min manat ödəniş ediləcək.
İlin nəticələrinə görə, QSC-nin 1 080,8 min manat məbləğində xalis mənfəət isə «Ekol Mühəndislik Xidmətləri» QSC-nin inkişafına yönəldiləcək.