STP Şirkətlər Qrupuna daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq yeni məhsulun - stasionar dəniz platforma kranı istehsalına başlanılıb.
Kranın əsas təyinatı yük və işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür.
Socar-STP 11 aprel 2023-ci il tarixində kranının istehsalının tamamlanması münasibətilə kranın təqdimat mərasimi baş tutub
Qeyd edək ki, stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında “SOCAR-STP” MMC tərəfindən istehsal edilmişdir ve “Azneft” İB-nin platformalarında istismar ediləcək.
Yeni məhsulların istehsalı və daha cox sənayələrə xidmətin göstərilməsi STP-də aparılmış transformasiya və müştəri ehtiyaclarını öyrənilməsi nəticəsində mümkün olub.