Cari ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,9 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 400 min ton azdır.
Eləcə də bax: "Hazırkı mərhələdə Cənub Qaz Dəhlizilə əlavə qazın nəqli mümkün deyil"
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Onun sözlərinə görə, hasil edilən neftin 11,4 mln. tonu ixrac edilib, bu da 400 min ton azalma deməkdir.
“Ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% artımla hasil edilmiş 19,6 mlrd. kubmetr qazın 9,4 mlrd. kubmetri ixrac olunub”. (Apa)