2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil olunub, bu da ötən ilin analoji dövründən 4,5% azdır.
Eləcə də bax: OPEC+ neft hasilatını cüzi artırmağa - RAZILAŞDI
FED.az xəbər verir ki, “Operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan 12 milyon ton neft, SOCAR şirkəti tərfindən – 4,6 milyon ton neft (kondensat ilə), “Şahdəniz” yatağlndan – 2,6 milyon ton kondensat hasil olunub”, - Energetika Nazirliyindən məlumat verilib.
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan neft ixracı (kondensatla birlikdə) 15,6 milyon ton (azalma 4,9% - İF) təşkil edib. Hesabat dövründə kondesatla birlikdə neft ixracının ümumi həcmində 14,7 milyon tona yaxın AÇG blokundan neftin və “Şahdəniz” yatağından kondensatın, 0,9 milyon tonu – SOCAR şirkətinin payına düşüb
Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib.
Nazilrikdən məlumat verilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 avqust tarixinədək 595 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.