Bu ilin 8 ayında Azərbaycanda 20,3 mln. ton neft və qaz kondensatı hasilatı edilib, bunda 17 mln. tonu ixrac olub.
Azərbaycanın gündəlik xam neft hasilatı həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20,3 mln. ton, ixracı isə 17 mln. ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32,2 mlrd. m3 qazın 15,8 mlrd. m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.
Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88%, ixracı isə 3,41% azalıb. (Apa)