2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub.
Energetika naziri: “Bu il Azərbaycan qaz ixracını 19 % artırıb”
FED.az xəbər verir ki, Enargetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bunun 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılması nəzərdə tutulurdu.