Bu il Azərbaycan yanvar-noyabr aylarında qaz ixracını 19 % artırıb.
“Şahdəniz” qazının ixracı - 19%-DƏK ARTIB
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 10,3 milyard kubmetr qaz tədarük edilib.
O bildirib ki, bu müddətdə Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.
P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,2 milyard kubmetr qazla təchiz edib.