2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub.
Energetika naziri: “Bu il Azərbaycan qaz ixracını 19 % artırıb”
Bu barədə FED.az-a Energetika nazirliyindən məlumat verilib.
Bildirilib ki, çıxarılan neftin 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.
Azərbaycan neftinin dünya bazarındakı son qiymətini (85 dollar) nəzərə alanda, gündəlik hasil olunan neftin bazar dəyəri 56,9 milyon dollar təşkil edir.
Bununla yanaşı, qeyd edək ki, Azərbaycanda hasil edilən neftin təqribən 80%-i ixrac edilir.
Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 29,8 milyon ton neft hasil edilib. Neft hasilatının 18,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.
Hesabat dövründə 24 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,7 milyon tona yaxını konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb