Azərbaycanda texniki reqlamentdə nəzərdə tutulduğu hallarda üstün enerji qənaəti göstəricilərinə malik məhsullara A+, A++, A+++ enerji sinfi verilə bilər.
Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi - QAYDALARI TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi ““Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, sinifləndirmə latın əlifbasının A-dan G-yə qədər olan hərfləri ilə və hər hərfə uyğun gələn, enerji qənaətini ifadə edən rənglə (G hərfi üçün qırmızı rəngdən başlayaraq A hərfi üçün tünd yaşıl rəngə qədər) göstərilir.