Ötən il Azərbaycanda əhali tərəfindən 6 milyard 625,8 milyon kVt/saat elektrik enerjisi istehlak edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin açıqladığı rəqəmlərə əsasən ən yüksək göstərici 2 milyard 874,2 milyon kVt/saat olmaqla paytaxt Bakının payına düşüb.
Abşeron rayonu 452,7 milyon kVt/saatla Bakıdan sonra ikinci yeri tutub.
Sumqayıt şəhəri 242,8 milyon kVt/saatla 3-cü pillədə qərarlaşıb.
Ölkənin 2-ci ən böyük şəhəri olan Gəncə şəhərində ötən il 186 milyon kVt/saat elektrik enerjis istehlak olunub.
Şəmkir rayonunda istehlak səviyyəsi 110,4 milyon kVt/saat təşkil edib.
Bərdə rayonunda 2023-cü ildə 108,6 milyon kVt/saat enerji istehlakı qeydə alınıb.
Ağcabədi rayonu 105,9 milyon kVt/saatla 7-ci, Lənkəran rayonu 104 milyon kVt/saat 8-ci,
Sabirabad rayonu 103,1 milyon kVt/saatla 9-cu , Cəlilabad rayonu 102,4 milyon kVt/saatla 10-cu olub.