Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan xarici ölkələrə 51,8 milyon dollar dəyərində 941,1 milyon kvt/saat həcmində elektrik enerjisi ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bununla belə xarici ölkələrdən Azərbaycana 4,2 milyon dollar dəyərində 106,7 milyon kvt/saat elektik enerjisi idxal edib.
Xaricə ixrac edilən hər min kvt/saat enerjinin orta ixrac qiyməti 55 dollar və ya 94 manat, idxal edilən enerjinin orta idxal qiyməti 40 dollar və ya 67 manat olub.
Hesabat dövründə ən çox ixrac həcm ifadəsi ilə Gürcüstana (436,7 milyon kvt/saat), məbləğ ifadəsi ilə Türkiyəyə ixrac edilib (26,7 milyon dollar). Hər min kvt/saat üçün ən baha qiymətə 108 manat olmaqla Türkiyəyə, ən ucuz isə 48 manat olmaqla İrana ixrac olunub.
Ən çox idxal isə həcm ifadəsi ilə Rusiyadan (55 milyon kvt/saat), məbləğ ifadəsi ilə Gürcüstandan edilib (2,1 milyon dollar). Hər min kvt/saat üçün ən baha qiymətə 111 manat olmaqla Gürcüstandan, ən ucuz isə 48 manat olmaqla İrandan idxal edilib.
Daha ətraflı aşağıdakı cədvəldə:
İXRAC |
|||||
S/n | Ölkələr | Miqdar (min kvt/saat) | Məbləğ (dollar) |
Orta ixrac qiyməti (dollar) |
Orta ixrac qiyməti (manat) |
1 |
Elektrik enerjisi |
941 138 |
51 786 660 |
$55 |
94 ₼ |
2 |
Rusiya |
63 589 |
2 212 010 |
$35 |
59 ₼ |
3 |
Gürcüstan |
436 723 |
22 274 100 |
$51 |
87 ₼ |
4 |
İran İslam Respublikası |
20 640 |
586 420 |
$28 |
48 ₼ |
5 |
Türkiyə |
420 185 |
26 714 130 |
$64 |
108 ₼ |
İDXAL |
|||||
S/n | Ölkələr | Miqdar (min kvt/saat) | Məbləğ (dollar) |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
1 |
Elektrik enerjisi |
106 693 |
4 226 390 |
$40 |
67 ₼ |
2 |
Rusiya |
55 008 |
1 587 100 |
$29 |
49 ₼ |
3 |
Gürcüstan |
32 000 |
2 079 980 |
$65 |
111 ₼ |
4 |
İran İslam Respublikası |
19 686 |
559 310 |
$28 |
48 ₼ |
5 |
Türkiyə |
- |
- |
|
|