Azərbaycanda elektrik enerjisinin istehsalı artıb.
Eləcə də bax: Energetika naziri: “Azərbaycanın elektrik enerjisi istehsalı gücü 5% artıb”
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3.8% artaraq 23 748,6 mln. kVt/st, ixrac 2 101,2 mln. kVt/st, idxal isə 115,7 mln. kVt/st olub.