2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 821,2 milyon manatlıq benzin və dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 5,6% çoxdur.
Bu ilin 76 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7% faizi benzin və dizelin alınmasına sərf olunub.
Təkcə iyul ayında benzin və dizelə xərclənən vəsaitin məbləği isə 263,4 milyon manat təşkil edib.