Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında 71 min 705,12 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 33,8% azdır.
Eləcə də bax: Azərbaycanda avtomobil benzininin istehsalı - AZALIB
FED.az xəbər verir ki, idxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $72 milyon 19,42 min (azalma 8,4%) təşkil edib.
Rusiyadan $45 milyon 597,7 min dəyərində (artım 38,3%) 45 min 352,24 ton benzin (azalma 5,2%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 63,2%-i bu ölkənin payına düşüb.
Rumıniyadan $6 milyon 505,55 min dəyərində 7 min 286,18 ton, Bolqarıstandan $11 milyon 846,11 min dəyərində 10 min 456,7 ton, Türkmənistandan $4 milyon 747,05 min dəyərində 8 min 196,25 ton, Belarusdan $323,02 min dəyərində 413,75 ton benzin idxal edilib.
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana $1 milyon 272,34 min dəyərində (azalma 6,7%) 1 min 70,21 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 35,7%) idxal edilib.
Rusiyadan $931,13 min dəyərində 775,36 ton, Rumıniyadan $341,21 min dəyərində 294,85 ton benzin idxal edilib.
Azərbaycan 2021-ci ildə $111 milyon 106,15 min dəyərində (artım 1,9 dəfə) 147 min 412,23 ton “Premium Euro-95” markalı avtomobil benzini (artım 52%) idxal edib.
2021-ci ildə Azərbaycana $2 milyon 395,07 min dəyərində (artım 14,2%) 2 min 684,79 ton (artım 1,1%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)