Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 ton və ya 609 min barel olub.
«Qara qızıl» dövrü bitir, nefti başqa məhsullar əvəz etməlidir – EKSPERT SAHƏLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, bunun 65 987 tonunu xam neft (487 min barel), 14 789 tonunu (122 min barel) kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan dekabr ayında "OPEC+" çərçivəsində kvotasından 8 272 ton və ya 64 min barel geridə qalıb. (Apa)