Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,% azalıb.
Eləcə də bax: Azərbaycanda benzin və dizelə xərclənən vəsait– 150 MİLYON MANAT ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6% artıb, avtomobil benzininin istehsalı 2,5%, dizel yanacağının istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, neft koksunun istehsalı 33,8%, sürtkü yağlarının istehsalı isə 42,2% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
Yanvar-avqust 2022-ci il |
İllik müqayisə, % |
Avtomobil benzini, min ton |
784,2 |
97,5 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
188,3 |
67,3 |
Ağ neft, min ton |
357,4 |
106,1 |
Dizel yanacağı, min ton |
1 264,5 |
75,3 |
Yanacaq mazutu, min ton |
67,4 |
2,2 dəfə |
Sürtkü yağları, min ton |
23,4 |
57,8 |
Neft bitumu, min ton |
257,5 |
108,6 |
Neft koksu, min ton |
116,6 |
66,2 |
(Apa)