2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 295,2 milyon manat (cari məzənnə ilə $761,9 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Eləcə də bax: Azərbaycanda benzin bahalaşdı - YENİ QİYMƏT - 2 MANAT
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,6% artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7% gəlir əldə edilib.
2021-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat ($1,47 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir. (İnterfaks-Azərbaycan)