2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 2,5 faiz azalıb.
Eləcə də bax: Azərbaycan iyulda BƏƏ-yə benzin ixracına - BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,3 faiz azalıb.
Yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6 faiz artıb, dizel yanacağının istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, neft koksunun istehsalı 33,8 faiz, sürtkü yağlarının istehsalı isə 42,2 faiz azalıb. (Trend)