Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında $8 milyon 805,1 min məbləğində AI-92 markalı avtomobil benzini ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,8% azdır.
Eləcə də bax: Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb - CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Hökumətin məlumatına görə, hesabat dövründə benzinin ixrac həcmi 9 min 707,83 ton (azalma 62,1%) təşkil edib.
Bu dövrdə yanacağın bütün həcmi BƏƏ-yə ixrac olunub. İxrac iyul ayında başlayıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan 52 min 906,05 ton AI-92 markalı avtomobil benzini ixrac edib, bu da 2020-ci ilin göstəricisindən 17,5% azdır. Dəyər ifadəsində ixracın həcmi $31 milyon 814,15 min məbləğində olub (artım 2,2 dəfə). İxrac Toqo, Cəbəllütariqəvə Gürcüstana həyata keçirilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız BNEZ-də istehsal olunur. (İnterfaks-Azərbaycan)