Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7,292 mln. ABŞ dolları dəyərində (12,397 mln. manat) 12 174,23 ton avtomobil benzini ("Aİ-95" və "Aİ-98") idxal edilib.
Eləcə də bax: Azərbaycanda avtomobil benzinin alışı martda - 27% Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 68,3%, dəyəri isə 21,4% artıb. Hesabat dövründə təkcə "Aİ-95" ("Premium") markalı avtomobil benzinindən ölkəyə 7,104 mln. dollarlıq (12,077 manat) 11 934,35 ton idxal olunub ki, bu da illik müqayisədə həcm ifadəsində 78,3%, dəyər ifadəsində isə 28,4% çoxdur.
Cari ilin yanvar-fevral aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub (idxalın 89,2%-i). Ölkə Azərbaycana 6,291 mln. dollar dəyərində (10,694 mln. manat) 10 647,87 ton "Premium" benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 67,8%, dəyər ifadəsində isə 20,3% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan "Aİ-92" markalı benzini ixracını və idxalını həyata keçirməyib. (Apa)