Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 514,1 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.
Eləcə də bax: Azərbaycan bu il "Aİ-95" benzininin idxalını - Artırıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9,2% azalıb. Təkcə martda istehlakçılar yanacağa 191,5 manat xərcləyiblər ki, bu da fevral ayı ilə müqayisədə 27,2% çoxdur və ötən ilin oktyabr ayından bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır. (Apa)