“bp-Azərbaycan” 2022-ci ilin birinci yarısının yekunları üzrə biznes əməliyyatları hesabatını açıqlayıb.
Eləcə də bax: «Əsrin müqaviləsi» üzrə neft hasilatı - AZALMAQDA DAVAM EDIR – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, hesabata əsasən 2022-ci ildə Azərbaycanın əsas qaz yatağı olan «Şahdəniz» yatağından qaz və neft hasilatı sürətlə artır.
Belə ki, “bp-Azərbaycan”in məlumatına görə, 2022-ci ilin ilk yarısında «Şahdəniz» yatağındakı «Şahdəniz Alfa» və «Şahdəniz Bravo» platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilib.
Ötən ilin eyni dövrü – birinci yarım illiklə müqayisədə «Şahdəniz»də qaz hasilatı 3 milyard kubmetr və ya 30%, kondensat neft hasilatı isə 100 min ton (2,9 milyon barrel) və ya 19% artıb.
Xatırladaqki, 2021-ci ilin ilk yarısında «Şahdəniz» yatağındakı «Şahdəniz Alfa» və «Şahdəniz Bravo» platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilmişdi.
Hazırda «Şahdəniz» qurğularının hasilat gücü gündə təxminən 70 milyon kubmetr (ildə 25 milyarddan artıq) təşkil edir.