Azərbaycandan bu ilin yanvar-aprel ayları ərzində Yunanıstana 232,4 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Yunanıstana ixrac edilmiş neftin dəyəri isə təxminən 129 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 177,1 min ton (4,2 dəfə), dəyərində isə 92,3 milyon dollar (3,5 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 36,7 milyon dollar dəyərində 55,3 min ton neft ixrac etmişdi.
Bu ilin 4 ayının nəticələrinə əsasən Yunanıstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 944 manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisinə görə 185 manat (16,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 129 manata bərabər olub.