Azərbaycan Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşıb.
“Masdar” Azərbaycanda bərpa olunan enerji istehsalı ilə bağlı həcmləri - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında məlumat verib.
P. Şahbazov Brusseldə Belçikanın energetika naziri Tinne Van der Straeten və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
“Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə Külək Enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq".
Nazir həmçinin qeyd edib ki, Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində Cənub Qaz Dəhlizinnin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizi|nin inkişafına Aİ-nin dəstəyi, Enerji Keçidi və Enerji Səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edilib.