Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yaşıl enerji sahəsində “Masdar” şirkəti ilə birgə reallaşdırılan mühüm layihələri müzakirə edib.
“ACWA Power” 2025-ci ildə “Xızı-Abşeron” külək elektrik stansiyasını - İSTİSMARA VERƏCƏK
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviterdə bildirib.
“Həmkarımız SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin Baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurlu inkişafı, yaşılenerji sahəsində Masdar şirkəti ilə birgə reallaşdırılan mühüm layihələr və energetika sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq”, - deyə nazir bildirib.