"Cəbrayıl" Enerji Qovşağı Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq".
2022-ci ildə Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini - 75% ARTIRIB
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Regional Electrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.
Onun sözlərinə görə, bu elektrik qovşağı Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək: "Həmçinin bu qovşaq ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq".
M.Hüseynov qeyd edib ki, "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
O vurğulayıb ki, gələcəkdə Türkiyəyə, oradan da Avropaya illik 1 000 meqavat elektrik enerjisi ixrac ediləcək. (Report)