“Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Bizdə qazın qiyməti o qədər də yüksək deyil”.
Baş nazirdən qaz limiti təklifinə - CAVAB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial həssas əhali üçün müəyyən limit qoyulub: “Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır. Bu, o qədər də sadə məsələ deyil. Biz bunu açıq etiraf etməliyik”.