Banner

Energetika

Azərbaycan son iki ayda Türkmənistandan idxal etdiyi nefti - TAM DAYANDIRIB

Azərbaycan son iki ayda Türkmənistandan idxal etdiyi nefti - TAM DAYANDIRIB | FED.az
10:08 17 İyun 2020

Pandemiya dövründə dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmaşından sonra, Azərbaycan Türkmənistandan idxal edilən nefti mart və aprel aylarında dayandırıb.

Eləcə də bax: Neftin ucuzlaşması özünü indi göstərdi - İXRAC 4 İLİN MİNUMUMUNDA

FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkmənistandan yanvar ayında 295 min barel ($19.94 mln.) xam neft idxal etdiyi halda virusun ölkə sərhədləri yaxınlaşdığı fevralda bu rəqəm 73.67 min barel ($4.87 mln.) həcminə düşüb. Cəm olarq isə 50.29 min ton neft idxal edib.

Lakin, artıq neftin aprel və may fyuçersləri üzrə dəyərinin psixoloji hədd olan 30 $/bbl. səviyyəsinə düşdüyü bir zamanda Azərbaycan Xəzərin o biri tayından mart və aprel aylarında bir barel belə neft idxal etməyib.

Ümumən, özü xaricə neft satan Azərbaycan yalnız bu ölkədən nefti idxal edir.

Yanvar-fevral ayları üzrə Azərbaycanın bu ölkədən idxal etdiyi neftin ortalama qiyməti 67 $/bbl. təşkil edib.

Digər xəbərlər

Banner