Azərbaycandan xaricə təbii qaz ixracı 2007-ci ildən 2023-cü ilin sonunadək kəskin templə artmaqda davam edir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesablamalara istinadən bu qənaətə gəlir.
Məlumata görə əgər 2007-ci ildə xaricə 1 823,5 mln kub metr qaz ixrac edilmişdisə 2008-ci ildə bu göstərici 3 dəfəyə yaxın artaraq 5 260,3 mln. kub metrə çatıb.
İxrac göstəriciləri yalnız 2012-ci ildə 2011-ci ilə nisbətən 2,9% və 2016-cı ildə 2015-ci ilə nisbətən 1,2% azalıb.
2021-ci ildə isə 2020-ci ilə nisbətən 37,9% artım baş verib. Növbəti illərdə də artım dinamikası baş verməkdədir.
Təkcə, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 7 milyard 604 milyon dollar həcmində 23 milyon 522 min kub metr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 171 milyon dollar və ya 40,5%, miqdar ifadəsilə isə 857 min kub metr, başqa sözlə 3,5% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 12 milyard 775 milyon dollar dəyərində 24 milyon 379 min kub metr təbii qaz ixrac olunmuşdu.
2024-cü ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 54 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 89 qəpik idi. Bu da illik müqayisə ilə 34 qəpik və ya 38,3% azalma deməkdir.
2024-cü ildə ümumi ixracın 31,24%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,54% olub.
İllər |
İxrac (milyon kub metr) |
İllik müqayisə (milyon kub metr) |
İllik müqayisə (faiz) |
2007 |
1 823,5 |
- |
- |
2008 |
5 260,3 |
3 436,8 |
188,5% |
2009 |
5 867 |
606,7 |
11,5% |
2010 |
6 187,2 |
320,2 |
5,5% |
2011 |
6 817,4 |
630,2 |
10,2% |
2012 |
6 616,7 |
-200,7 |
-2,9% |
2013 |
7 308 |
691,3 |
10,4% |
2014 |
8 093,2 |
785,2 |
10,7% |
2015 |
8 145,2 |
52 |
0,6% |
2016 |
8 049,1 |
-96,1 |
-1,2% |
2017 |
8 856,9 |
807,8 |
10,0% |
2018 |
9 911,8 |
1 054,9 |
11,9% |
2019 |
11 833 |
1 921,2 |
19,4% |
2020 |
13 839,9 |
2 006,9 |
17,0% |
2021 |
19 078,4 |
5 238,5 |
37,9% |
2022 |
22 634,9 |
3 556,5 |
18,6% |
2023 |
24 933,5 |
2 298,6 |
10,2% |