Energetika

Azərbaycan Rusiyadan “Premium Euro-95” markalı benzin idxalını 19%, Rumıniyadan – 4 Dəfə Artırıb

Azərbaycan Rusiyadan “Premium Euro-95” markalı benzin idxalını 19%, Rumıniyadan – 4 Dəfə Artırıb | FED.az
17:31 14 Sen 2021

Azərbaycan 2021-ci ilin ytanvar-iyul aylarında 85 min 680,79 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 76,8% çoxdur.

Eləcə də bax: SOCAR avtomobil benzini istehsalını 4% azaldıb, dizel istehsalını - 12% Artırıb

FED.az xəbər verir ki, “Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $60 milyon 361,07 min (artım 2,1 dəfə) təşkil edib.

Hesabat dövründə $31 milyon 342,6 min məbləğində (artım 36,2%) 45 min 873,52 ton (artım 19,3%) “Premium Euro-95” markalı benzin (bütün idxalın 53,5%-i) Rusiyadan idxal edilib. Eyni zamanda, iyulda Rusiyadan “Premium Euro-95” markalı benzin Azərbaycana idxal olunmayıb.

Bundan başqa, bu dövrdə Gürcüstandan $399,15 min dəyərində 559,32 ton (2020-ci ilin yanvar-iyul aylarında idxal həyata keçirilməyib), İrandan $2 milyon 652,75 min dəyərində 4 min 39,95 ton (miqdar ifadəsində artım 2,2 dəfə, dəyər ifadəsində artım 2,1 dəfə), Rumıniyadan $23 milyon 371,47 min dəyərində 32 min 371,47 ton (miqdar ifadəsində artım 4 dəfə, dəyər ifadəsində artım 5,6 dəfə), Türkmənistandan $2 milyon 89,78 min dəyərində 2 min 836,53 ton “Premium Euro-95” markalı benzin idxal edilib (2020-ci ilin iyul ayında idxal həyata keçirilməyib).

2021-ci ilin yanvar-iyul aylarında $1 milyon 272,89 min dəyərində (artım 12,4%) 1 min 563,19 ton (artım 9,3%) “Super Euro-98” avtomobil benzini idxal edilib.

İdxalın strukturunda $196,46 min dəyərində 237,45 ton avtomobil benzini Belarusun, $1 milyon 76,43 min dəyərində 1 milyon 325,74 ton avtomobil benzini Rumıniyanın payına düşüb.

2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.

Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.

“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,45 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,6 manat təşkil edir. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər

Banner