Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan – ümumilikdə təxminən 32 milyon dollar dəyərində 208,2 milyon kubmetr təbii qaz idxal edib.
İdxalın əsas hissəsi, yəni 187 milyon kubmetri Türkmənistanın, qalan 21,2 milyon kubmetri isə Rusiyanın payına düşüb.
Altı ayın nəticələrinə görə, təbii qazın orta idxal qiyməti hər min kubmetr üçün 154 dollar (təxminən 261 manat) təşkil edib. Bu isə bir kubmetr qazın idxal dəyərinin orta hesabla 26 qəpik olduğunu göstərir. Bununla yanaşı Türkmənistan qazı daha sərfəli olub (hər kubmetri təqribən 26 qəpik), Rusiya qazı isə bir qədər baha – 31 qəpiyə idxal edilib.
Azərbaycan bu dövrdə əsas qaz ixracatçısı olaraq qalmaqda davam edib. İlk yarımil ərzində altı ölkəyə ümumilikdə 4,5 milyard dollar dəyərində 12,4 milyard kubmetr təbii qaz ixrac edilib.
Qazın orta ixrac qiyməti min kubmetr üçün 367 dollar (təxminən 624 manat) olub. Beləliklə, hər bir kubmetr qaz orta hesabla 62 qəpiyə ixrac olunub ki, bu da idxal qiymətindən iki dəfədən də çoxdur.
Ən böyük həcmdə qaz ixracı Türkiyəyə (4,9 milyard m³) və İtaliyaya (4,6 milyard m³) reallaşdırılıb.
İxrac qiymətləri alıcı ölkələrə görə əhəmiyyətli dərəcədə fərqlənib. Ən ucuz qaz Gürcüstana (hər kubmetri təxminən 19 qəpik), ən baha qaz isə Serbiyaya (hər kubmetri təxminən 96 qəpik) satılıb.
Azərbaycanın Yanvar-İyun ayları üzrə təbii qaz idxali
S/n |
Ölkələr |
Miqdar (min kub metr) |
Məbləğ (dollar) |
Hər min kub metr üçün orta idxal qiyməti (dollar) |
Hər min kub metr üçün orta idxal qiyməti (manat) |
Cəmi Təbii qaz |
208 246 |
31 980 350 |
$154 |
261 ₼ |
|
1 |
Rusiya |
21 242 |
3 929 730 |
$185 |
315 ₼ |
2 |
Türkmənistan |
187 004 |
28 050 610 |
$150 |
255 ₼ |
Azərbaycanın Yanvar-İyun ayları üzrə təbii qaz ixraci
S/n |
Ölkələr |
Miqdar (min kub metr) |
Məbləğ (dollar) |
Hər min kub metr üçün orta ixrac qiyməti (dollar) |
Hər min kub metr üçün orta ixrac qiyməti (manat) |
Cəmi İxrac |
12 364 985 |
4 541 622 150 |
$367 |
624 ₼ |
|
1 |
Gürcüstan |
1 330 351 |
151 005 880 |
$114 |
193 ₼ |
2 |
Serbiya |
177 153 |
99 777 570 |
$563 |
957 ₼ |
3 |
Türkiyə |
4 928 935 |
1 360 184 970 |
$276 |
469 ₼ |
4 |
Bolqarıstan |
871 835 |
324 296 290 |
$372 |
632 ₼ |
5 |
İtaliya |
4 613 790 |
2 365 763 950 |
$513 |
872 ₼ |
6 |
Yunanıstan |
442 920 |
240 593 490 |
$543 |
923 ₼ |