2022-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 9 milyard 458 milyon 59,77 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur.
Eləcə də bax: Azərbaycan qaz satışını 27% artırıb, yarısı - AVROPAYA SATILDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 38,89%-i (2021-ci ilin yanvar-may aylarında 17,98%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $5 milyard 994 milyon 793,6 min (artım 4,5 dəfə) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etməyib.
2021-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib. Eyni zamanda, ilk dəfə Avropaya nəql başlayıb, bu həcm 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixrac həcmi 24 milyard kubmetr, həmçinin Avropaya – 10 milyard kubmetrdən artıq səviyyədə planlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.(İnterfaks-Azərbaycan)