SOCAR yeraltı qaz anbarlarının həcminin 5 mlrd. kubmetrə çatdırılması istiqamətində işlər aparılır.
Eləcə də bax: Almaniya qazı Rusiyadan yan keçərək almağa - BAŞLAYIB
FED.az xəbər verir ki, Azərbaycanda Qalmaz və Qaradağ olmaqla, iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3,5 mlrd. kubmetrə bərabərdir.
"Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır", - məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycanın illik qaz istehlakının 13 mlrd. kubmetr olduğu diqqətə alınarsa, ölkədə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir. (Apa)