Azərbaycandan bu ilin yanvar-aprel aylarında İtaliyaya 4 milyon 389 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 2 milyard 448,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 milyon 988,6 min ton (82,8%), dəyərində isə 911,2 milyon dollar (59,3%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel ayında isə Azərbaycan İtaliyaya 1 milyard 233,9 milyon dollar dəyərində 1 milyon 930,8 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-aprelaylarının nəticələrinə görə İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 948 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 140 manat (12.9%) azdır.
Ötən ilin müvafiq dövründə bu göstərici 1 089 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2025-ci və 2024-cü ilin yanvar-aprel aylarında 1-ci yerdə olub.