Azərbaycan xaricdən idxal etdiyi Premium markalı benzin yanacağını apreldə ilin əvvəli ilə müqayisədə 28% ucuz qiymətə idxal edib. Amma Azərbaycanda bu yanacaqdoldurma məntəqələrində pərakəndə satışı isə 27% ucuz ticarət olunur.
Eləcə də bax: Karantin rejmi benzin bazarını “vurur”: İstehsal edilmiş - BENZİN ANBARLARA YÖNƏLDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkəmizə Premium (Aİ-95) markalı aprel ayında 8 744 kilolitr ( bundan sonra kl.* ) həcmində və ya $3.95 mln. dəyərində mühərrik benzini idxal edilib.
Məlumat üçün qeyd edək ki, cari ilin yanvarında 7 361 kl, fevralında 1 683 kl və 11 643 kl Premium benzini idxal edilib.
Bu markada olan benzinin hər bir litri aprel ayında $0.45 təşkil edib. Məsələn, bu markada benzinin dəyəri cari ilin yanvarında orta ölçüdə 0.62 $/l, fevralda 0.56 $/l və neftin kəskin ucuzlaşdığı martında 0.52 $/l dəyərində idi. Bu zaman ölkəyə idxal olunan Premium benzinin yanvarlaq müqayisədə 28 faiz daha ucuz dəyərdə başa gəlməsi deməkdir.
Azərbaycan bu benzini Yunanıstan, Rusiya, Belarusiya və Rumuniyadan gətirir.
Neftin ucuzlaşması fonunda benzin bütün dünyada ucuzlaşıb. Eləcə də ucuzlaşma sərbəst bazar qiyməti ilə müəyyən olunan Premium və Super Euro benzinində müşahidə edilir. Məsələn, cari ilin martına qədər Premium benzini 20% ucuzlaşıb və maya kimi ümumi ucuzlaşma 27%-ə qədər müşahidə edilib.
Ölkəmizdə mart ayına qədər benzinin hər bir litri 1.50 manat ($0.88) dəyərində pərakəndə satılırdı. Martın 13-də 1.20 manat və mayın birindən isə 1.10 dəyərinə qədər düşüb.
Xatırladaq ki, cəm olaraq ilin 4 ayı ərzində ölkəyə 21 785 kl premum benzini ($15.52 mln.) və 1 010 kl (və ya $640 min dəyərində Super-Euro (Aİ-98) benzini idxal edilib.
*1 kl= 1 000 litr