Ötəl il Azərbaycanda ortalama gündəlik neft hasilatı 590 min barel təşkil edib, bu da illik müqayisədə 3,4% azalma deməkdir.
Eləcə də bax: OPEC Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarını - YENİDƏN QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində bildirilir.
Hesabata görə, 2020-ci ildə qeyd olunan göstərici 611 min barel səviyyəsində olub.
Qeyd olunur ki, ölkədən ortalama gündəlik neft ixracı 483 min barel olub ki, bu da illik müqayisədə 3,5% azdır. Hesabata əsasən, 2020-ci ildə bu göstərici 500 min barel təşkil edib.
2021-ci ildə Azərbaycanda neftə olan ortalama gündəlik tələbat 107 min barel səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi (103 min barel) ilə müqaisədə 4,6% çoxdur. (Apa)