Dünya bazarında Azərbaycan neftinin qiyməti dövlət büdcəsində nəzərdə tutulan həddə qədər azalıb.
FED.az xəbər verir ki, son məlumata görə «Azeri light» markalı neft 85,19 dollar olub.
Bu sentyabrdan bəri neftin ən aşağı qiymətidir.
Qeyd edək ki, son günlər dünya bazarında neftin kəskin ucuzlaşması baş verir. Bu proseslər Azərbaycan neftinə də təsirini göstərir. Son 15 gündə Azərbaycan nefti 17 dollardan çox ucuzlaşaraq noyabrın 7-dəki 102 dollardan noyabrın 22-də 85 dollaradək geriləyib.
Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 85 dollar göğtürülüb.
2023-cü il üzrə büdcə layihəsində isə hökumət «ehtiyatlı» davranaraq neftin qiymətini 50 dollardan nəzərdə tutub.