Bu ilin 5 ayı ərzində Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin adları məlum olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Azərbaycan 20 ölkəyə ümumilikdə təqribən 6,3 milyard dollarlıq 10 milyon tona yaxın neft satıb. 1 ton neftin orta qiyməti 634 dollara və ya 1 078 manata başa gəlib.
Neft ixracının ən çox həyata keçirildiyi ölkələr İtaliya (3,9 milyon ton), İsrail (1,4 milyon ton), və Hindistan (0,9 milyon) ton olub.
Hesabat dövründə ən az neft isə Özbəkistana (893 ton) həyata keçirilib.
Neftin ən baha satıldığı ölkələt Almaniya (1 134₼), Xorvatiya (1,134₼) və Çexiya (1 107₼) olub.
Ən ucuz qiymətə isə Özbəkistana (826₼), İspaniyaya (886₼), Böyük Britaniyaya (908₼), Türkiyəyə (931₼) və Serbiyaya (944₼) təklif olunub.
Ümumilikdə Azərbaycan öz neftini 3 ölkəyə 1 100, 12 ölkəyə 1000 manatdan yuxarı , 5 ölkəyə isə 1000 manatdan aşağı satıb.
S/n |
Ölkәlәr |
Miqdar (ton) |
Statistik dәyәr |
1 ton-dollar |
1 ton-manat |
|
Cәmi |
9 869 672 |
$ 6 258 631 310 |
$ 634 |
1 078 ₼ |
1 |
İtaliya |
3 947 344 |
$2 520 145 370 |
$ 638 |
1 085 ₼ |
2 |
İsrail |
1 444 918 |
$ 903 392 920 |
$ 625 |
1 063 ₼ |
3 |
Hindistan |
891 896 |
$ 567 774 740 |
$ 637 |
1 082 ₼ |
4 |
Çexiya |
535 293 |
$ 348 419 520 |
$ 651 |
1 107 ₼ |
5 |
Almaniya |
440 732 |
$ 293 886 910 |
$ 667 |
1 134 ₼ |
6 |
Xorvatiya |
418 511 |
$ 274 260 670 |
$ 655 |
1 114 ₼ |
7 |
Portuqaliya |
349 834 |
$ 225 407 220 |
$ 644 |
1 095 ₼ |
8 |
Rumıniya |
344 419 |
$ 212 236 450 |
$ 616 |
1 048 ₼ |
9 |
Tailand |
327 014 |
$ 203 153 460 |
$ 621 |
1 056 ₼ |
10 |
Tunis |
256 640 |
$ 163 897 060 |
$ 639 |
1 086 ₼ |
11 |
Yunanıstan |
228 237 |
$ 144 806 060 |
$ 634 |
1 079 ₼ |
12 |
Türkiyә |
165 886 |
$ 90 862 250 |
$ 548 |
931 ₼ |
13 |
Polşa |
90 151 |
$ 57 363 560 |
$ 636 |
1 082 ₼ |
14 |
Fransa |
89 713 |
$ 57 085 070 |
$ 636 |
1 082 ₼ |
15 |
Niderland |
89 955 |
$ 57 024 780 |
$ 634 |
1 078 ₼ |
16 |
İndoneziya |
86 722 |
$ 52 551 840 |
$ 606 |
1 030 ₼ |
17 |
İspaniya |
76 535 |
$ 39 881 490 |
$ 521 |
886 ₼ |
18 |
Böyük Britaniya |
53 423 |
$ 28 531 460 |
$ 534 |
908 ₼ |
19 |
Serbiya |
31 559 |
$ 17 516 400 |
$ 555 |
944 ₼ |
20 |
Özbәkistan |
893 |
$ 434 090 |
$ 486 |
826 ₼ |