Azərbaycanın son 5 il ərzində xarici ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi məlum olub.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ayrı-ayrı göstəricilər üzrə ən çox elektrik enerjisi 2023-cü ildə ixrac edilib. Ötən il ərzində 4,3 milyard kvt/saat elektrik enerjisi ixrac edilib. İxracdan 402,5 milyon dollar gəlir əldə olunub. Bu da hər min kvt/saat enerjinin dəyərinin 93 dollar və ya 158 manata başa gəlməsi deməkdir.
Bu ilin səkkiz ayın nəticələrinə görə isə 2023-cü ilin 8 ayı ilə müqayisədə gəlirlər 257,5 milyon dollar (5,5 dəfə), elektrik enerjisinin həcmi isə 1 milyard 830,3 milyon kvt/saat (2,8 dəfə) azalıb. Cari ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 57,5 milyon dollar dəyərində 1 milyard 18,7 milyon kvt/saat həcmində elektrik enerjisi ixrac edilib. Hər min kvt/saat enerjinin ixracı orta hesabla 56 dollar və ya 94 manat təşkil edib.
2020-ci ildən 2023-cü ilədək isə elektrik enerjisinin ixracında həm miqdar, həm də dəyər ifadəsi ilə artım müşahidə edilməkdədir.
İllər |
Elektrik enerjisi, min kVt/saat |
Məbləğ (dollar)
|
Hər min kv/saat (dollar) |
Hər min kv/saat (manat) |
2020 |
1 323 518 |
$59 802 340 |
$45 |
77 ₼ |
2021 |
1 588 412 |
$69 343 430 |
$44 |
74 ₼ |
2022 |
1 711 433 |
$121 598 370 |
$71 |
121 ₼ |
2023 |
4 319 854 |
$402 483 180 |
$93 |
158 ₼ |
2024 |
1 018 685 |
$57 499 170 |
$56 |
94 ₼ |